Logo

Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?

Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Səhiyyə Nazirliyi "donuz qripi" xəstəliyinə görə 2009-cu ildə olduğu kimi ölkədə peyvəndin aparılıb-aparılmayacağına aydınlıq gətirib.

Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq

ƏliyevaTrend-ə deyib ki, 2009-cu ildə "donuz qripi"nə qarşı peyvənd işi aparılanda

dünya ölkələrində "donuz qripi"nin pandemiyası qeydə alınırdı: "Həmin zaman bütün

qitələrdə bu xəstəliyə yoluxma hadisələri var idi. Hətta bu, epidemik səviyyəyə də

qalxmışdı. Ona görə də o vaxt vaksin istehsalçıları pandemik qrip əleyhinə A(H1N1)

virusuna qarşı vaksin istehsal etdi və onlar bütün ölkələrə paylanıldı. Həmin vaxt

Azərbaycanda da 100 minlərlə insan bu peyvəndlə əhatə olundu".

A.Əliyeva qeyd edib ki, hazırda bir necə ölkədə - Türkiyə, İran, Ukrayna, Özbəkistan,

Gürcüstan və Rusiyada "donuz qripi"nin yayılması qeydə alınır. Lakin həmin ölkələrdə

bir o qədər çox yoluxma hadisəsi yoxdur.

A.Əliyeva bildirib ki, hazırda ölkələrdə A(H1N1) virusuna yoluxanların sayı elə də çox

olmadığından Ümumdünya Səhiyyə Təşkilatı insanların A(H1N1) virusuna qarşı peyvənd

edilməsinə ehtiyac görmür.

Direktor müavininin sözlərinə görə, qripə qarşı peyvənd kəskin resperator virus

infeksiyalarının mövsümü qabağı, yəni avqustun sonu, sentyabrda aparılır:

"Bu zaman onun effekti də olur. İndi isə peyvəndin aparılmasına elə ehtiyac

yoxdur. Çünki kəskin resperator virus infeksiyalarının mövsümü başlayıb.

Azərbaycanda isə bu xəstəliyə qarşı peyvənd işlərinin aparılmasına qətiyyən

ehtiyac yoxdur".

A.Əliyeva bunun səbəbini Azərbaycanda indiyədək "donuz qipi" diaqnozunun

təsdiq olunmaması ilə izah edib: "Azərbaycanda kəskin resperator virus infeksiyaları

qeydə alınır. Ağır gedişli resperator virus infeksiyasına yoluxan xəstələrdən

nümunələr götürülür. Amma onlar arasında, hələ ki, A(H1N1) virusu aşkarlanmayıb.

Biz heç bir "donuz qripi"nə yoluxma haqqında danışa bilmərik. Buna baxmayaraq, güclü

nəzarət tədbirləri həyata keçirilir. Dərman preparatları ilə təminat yüksək səviyyədədir".

O qeyd edib ki, Səhiyyə Nazirliyinin əmrinə əsasən, bütün profilaktik tədbirlər yüksək

səviyyədə həyata keçirilir: "Sərhəd-keçid məntəqələrində həm ölkəyə gələn nəqliyyat

vasitələri dezinfeksiya edilir, həm də insanlar vizual baxışdan keçirilir. Sərhəd-keçid

məntəqələrində yüksək hərarəti müəyyən edən termovizorlar quraşdırılıb. Buna görə

də hərarətli xəstələrin Azərbaycanın ərazisinə keçməsi qeyri-mümkündür".

A.Əliyeva ölkədə indiyədək epidemioloji baxımdan vəziyyətin tam stabil olduğunu da deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR