Logo

Soyuqdəymədən sonra bu narahatlıq həftələrlə davam edə bilər

Soyuqdəymədən sonra bu narahatlıq həftələrlə davam edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qrip və soyuqdəymə zamanı yaranan halsızlıq, qızdırma və əzələ ağrıları xəstəlik keçdikdən sonra da davam edə bilər. Bəzi insanlarda isə virus infeksiyasından sağaldıqdan sonra oynaqlarda ağrı və hərəkət zamanı sərtlik müşahidə olunur.

Sfera.az xəbər verir ki, travmatoloq-ortoped Antonina Zavadskayanın sözlərinə görə, soyuqdəymə və qripdən sonra yaranan oynaq ağrıları bir neçə amillə əlaqəli ola bilər. Həkim bu barədə “Lenta.ru”ya danışıb.

Mütəxəssis bildirib ki, virus infeksiyası zamanı immun sistemi aktivləşir və qana çoxsaylı siqnal molekulları ifraz olunur. Bu prosesin əlavə təsirlərindən biri də oynaqlarda ağrı və sızıltı hissinin yaranmasıdır.

Həkimin sözlərinə görə, virus orqanizmdən təmizləndikdən sonra belə bu narahatlıq bir-üç həftə davam edə bilər.

Zavadskaya oynaq ağrılarının ikinci səbəbi kimi yüksək hərarət və orqanizmin susuzlaşmasını göstərib. Xəstəlik zamanı maye itkisi sinovial mayenin miqdarının azalmasına səbəb ola bilər. Bu maye oynaqlarda təbii sürtkü rolunu oynayır və qığırdaq toxumasının qidalanmasında iştirak edir. Nəticədə hərəkət zamanı sərtlik və narahatlıq yarana bilər.

Həkim üçüncü amil kimi xəstəlik dövründə uzun müddət yataqda qalmağı qeyd edib. Onun izahına görə, hərəkətsizlik nəticəsində oynaqları dəstəkləyən və sabit saxlayan əzələlər zəifləyir. Bu zaman yük oynaqlara bərabər paylanmır və ağrı hissi meydana çıxa bilər.

Qeyd edək ki, qrip və soyuqdəymədən sonra oynaq ağrıları davamlı olarsa, güclənərsə və ya oynaqda şişkinlik, qızartı və hərəkət məhdudluğu yaranarsa, həkimə müraciət etmək vacibdir. Xüsusilə yüksək hərarətlə müşayiət olunan isti və şişmiş oynaq təcili tibbi qiymətləndirmə tələb edir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR