Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Alimlər yaşlanma ilə əlaqədar yaddaş zəifləməsinin və Alzheimer xəstəliyinin qarşısının alınmasına kömək edə biləcək yeni müalicə üsulu hazırlayıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar xüsusi burun damcısının yaddaş və öyrənmə qabiliyyətinə müsbət təsir göstərdiyini müəyyən ediblər.
Yeni preparat beyində sinir hüceyrələrinin qorunmasına kömək edən zülalın istehsalını stimullaşdırır. Siçanlar üzərində aparılan təcrübələr zamanı yaşlanma ilə əlaqədar zəifləmiş yaddaşın yaxşılaşdığı və idrak qabiliyyətinin geriləməsinin qarşısının alındığı müşahidə edilib.
Araşdırmanın nəticələri Alzheimer xəstəliyinin müalicəsində yeni yanaşmanın mümkünlüyünü göstərir. Bununla belə, preparatın insanlar üzərində effektivliyi hələ təsdiqlənməyib.
Şahanə Ziyad
Sfera.az






