Logo

Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida

Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qış aylarında D vitamini səviyyəsini qorumaq üçün qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.

Sfera.az bildirir ki, diyetoloq və nutrisioloq Keti Sanders bu vitaminlə zəngin olan məhsulları açıqlayıb.

Mütəxəssis "Independent" nəşrinə müsahibəsində bildirib ki, D vitamininin ən yaxşı təbii mənbələrindən biri qızılbalıqdır. O, həmçinin skumbriyanın da qida rasionuna daxil edilməsini tövsiyə edib. Belə ki, 100 qram bişmiş skumbriyanın tərkibində orta hesabla 8,5 mikroqram D vitamini var.

Yumurta da bu vitaminin mənbələrindən hesab olunur. Bir yumurtada təxminən 1,7 mikroqram D vitamini mövcuddur.

Diyetoloq əlavə olaraq D vitamini ilə zənginləşdirilmiş içkilərə, səhər yeməyi üçün nəzərdə tutulan taxıl məhsullarına, yoqurtlara və müxtəlif bitki mənşəli yağlı qarışıqlara diqqət yetirməyi məsləhət görüb.

Bununla belə, Sanders qeyd edib ki, qidaların tərkibində D vitamininin miqdarı nisbətən azdır və payız-qış aylarında yaranan çatışmazlığı yalnız qidalanma ilə aradan qaldırmaq mümkün olmaya bilər.

Mütəxəssis vitamin çatışmazlığından şübhələnən şəxslərə həkimə müraciət etməyi tövsiyə edib. D vitamini çatışmazlığı müəyyən edilərsə, həkim uyğun əlavə preparatların qəbulunu təyin edə bilər.

Qeyd edək ki, D vitamini orqanizmdə sümük sağlamlığının qorunması və kalsiumun mənimsənilməsi baxımından mühüm rol oynayır.

İnci

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR