Logo

Hər gün bu qidanı yeyin – Beyin, ürək və bağırsağa faydalıdır

Hər gün bu qidanı yeyin – Beyin, ürək və bağırsağa faydalıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Diyetoloqlar beyin, ürək və bağırsaq sağlamlığı üçün faydalı qəlyanaltı kimi yunan yoqurtunu tövsiyə ediblər.

Sfera.az xəbər verir ki, Lottə Andonyan və Sara Qlinski bu barədə “Real Simple” nəşrinə danışarkən məhsulun faydalarına diqqət çəkiblər.

Andonyanın sözlərinə görə, yunan yoqurtunun tərkibindəki probiotiklər bağırsaq və beyin arasındakı əlaqəyə müsbət təsir göstərə bilər. Onun fikrincə, yoqurt kimi fermentləşdirilmiş məhsullar depressiya, narahatlıq, demensiya və Alzheimer xəstəliyi riskinin azalmasına kömək edə bilər. Bu qidalar neyroiltihabı azaltmaqla neyromediatorların fəaliyyətinə və idrak funksiyalarına da müsbət təsir göstərə bilər.

Diyetoloq həmçinin yunan yoqurtunun kolorektal xərçəng riskinin azalması ilə əlaqələndirildiyini bildirib.

Digər mütəxəssis Sara Qlinski isə yoqurtun bir çox süd məhsulları ilə müqayisədə daha az laktoza ehtiva etdiyini vurğulayıb. Buna görə də bu məhsul həssas həzm sistemi olan və ya laktoza dözümsüzlüyü yaşayan bəzi insanlar tərəfindən daha rahat qəbul edilə bilər.

Qlinski qeyd edib ki, yunan yoqurtu və digər turşudulmuş süd məhsulları ürək sağlamlığına da müsbət təsir göstərə bilər. Onların orqanizmdə qan təzyiqini və iltihabı azaltmağa kömək edən molekulların yaranmasını stimullaşdırdığı bildirilir.

Qeyd edək ki, bu təsirlər qidalanma ilə bağlı araşdırmalarda müşahidə olunan əlaqələrə əsaslanır və yoqurt hər hansı xəstəliyin qarşısının alınmasına və ya müalicəsinə zəmanət vermir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR