Logo

Estetik əməliyyat keçirən həkim vəfat etdi

Estetik əməliyyat keçirən həkim vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin İzmir şəhərində üz gərmə əməliyyatı keçirən həkim əməliyyatdan bir gün sonra həyatını itirib.

Sfera.az xəbər verir ki, mütəxəssis Emine Yılmaz Konak rayonundakı Özəl Gazi Xəstəxanasında estetik əməliyyat olunub.

İddialara görə, ümumi anesteziya altında həyata keçirilən əməliyyat 11 saat davam edib.

Əməliyyatdan sonra həkimin ürəyi dayanıb. Ona uzun müddət ürək masajı edilib və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Emine Yılmazın nəşi ölüm səbəbinin müəyyənləşdirilməsi üçün morqa aparılıb.

Məlumata görə, mərhumun həyat yoldaşı da özəl xəstəxanada radiologiya həkimi işləyir.

Hadisə ilə bağlı araşdırma davam edir./metbuat

Estetik əməliyyat keçirən həkim vəfat etdi
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR