Logo

Qrip zamanı “Perekis”dən istifadə etmək olar? – Həkimdən AÇIQLAMA

Qrip zamanı “Perekis”dən istifadə etmək olar? – Həkimdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir çox insanlar xəstəlik zamanı müxtəlif vasitələrdən istifadə edərək sağalma prosesini sürətləndirməyə çalışırlar. Bu vasitələrdən biri də 3 faizli hidrogen peroksid məhluludur. Bəzi insanlar onun soyuqdəymə əlamətlərini yüngülləşdirdiyinə, mikrobları məhv etdiyinə və infeksiyalara qarşı mübarizə apardığına inanırlar. Lakin bu fikirlərin nə dərəcədə elmi əsaslara söykəndiyi və hidrogen peroksidin insan sağlamlığına hansı təsirləri göstərə biləcəyi mühüm suallar doğurur.

Sfera.az bildirir ki, Pravda.az-a açıqlama verən terapevt Mətanət Cəfərovanın sözlərinə görə, hidrogen peroksid xalq arasında “Perekis” kimi tanınan maddə müəyyən şəraitdə dezinfeksiya məqsədli istifadə olunan kimyəvi birləşmədir.

M.Cəfərova bildirib ki, bu məhluldan xəstəlik zamanı istifadə edilməsi yanlışdır: “Son zamanlar təəssüf ki, mənim də qarşıma çıxır ki, bir çox xəstəliklərin müalicəsində bu məhlulu damcı üsulu ilə artıraraq həmin xəstəlik üçün faydası söylənilir. Bu kökündən yanlışdır. Çox hallarda bəzən mədə-bağırsaq, qaraciyər xəstəlikləri, soyuqdəymə, qrip, boğaz ağrısı kimi bir sıra infeksiyalarla mübarizədə ev şəraitində istifadə edilməsinə dair yanlış fikirlər yayılır. İlk olaraq demək istədim ki, 3 faizli hidrogen pereoksid tibbi məqsədlər üçün nəzərdə tutulub. Məhsululun hansı nahiyədə, nə qədər istifadə edilməsi böyük əhəmiyyət daşıyır. Perekis xüsusilə cərrahiyyədə, yaralarda istifadə edilir. Bununla digərini qatmaq olmaz. Hidrogen peroksid toxumalarla təmasda olanda parçalanan su və oksigen əmələ gətirir. Onu oksidləşdirici xüsusiyyəti müəyyən mikroorqanizmləri məhv edə bilər, ancaq bu eyni mexanizm insanın sağlam hüceyrələrini də məhv edir. Bunu unutmamalıyıq. Ona görə pereksi orqanizmə daxil etdikdə düşünməməliyik ki, bakteriyaları müalicə edirik, əksinə biz orqanizmdə selikli qişaların qıcıqlanmasına hətta onların kimyəvi zədələnməsinə səbəb ola bilərik”.

Həkim qeyd edib ki, xəstəliyin müalicəsində xalq arasında yayılan üsulların, eləcə də pereksin elmi sübutları olmadan ev şəraitində istifadəsinin əleyhinədir: “Bəzən deyirlər ki, istifadə etdim və özümü yaxşı təsiri oldu, ancaq yaranan bu müvəqqəti təsir o demək deyil ki, pereks səbəbindəndir. Xəstə özünü inandırır ki, bu üsuldan effekt alacaq və psixoloji olaraq işə yarayır. Ancaq o demək deyil ki, bu yaxşılaşma sırf həmin məhlula görədir. Xəstə pereks bilmədən içərsə nə etməlidir? Özünü qusmağa məcbur etməməlidir, bundan sonra içməməlidir. Hansısa qarında güclü ağrı, ishal, qusma, döş qəfəsində ağrı, huşunda dəyişiklik, nəfəs darlığı kimi əlamətlər yaranarsa mütləq təcili yardıma müraciət edilməlidir. Üç faizli pereks belə müəyyən simptomlar verə bilər”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR