Xalq artisti ilə bağlı üzücü xəbər

Xalq artisti ilə bağlı üzücü xəbər
Kateqoriya məlum deyil
T

Xəstəxanaya yerləşdirilən Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışıb.

Sfera.az bildirir ki, Teleqraf-a açıqlamasında o, hazırda tibbi müayinələrdən keçdiyini və xəstəxanadan nə vaxt evə buraxılacağının analizlərin nəticələrindən asılı olduğunu deyib.

“Bu gün müayinələrə başlanılıb. Analizlərin nəticələrindən sonra xəstəxanadan nə zaman çıxacağım məlum olacaq. Hazırda bir neçə xəstəliklə mübarizə aparıram. Parkinson, ağciyər, bronx və mədə-bağırsaq problemlərim var”, – deyə o əlavə edib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudov ötən gün Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR