Abid Şərifovun vəziyyəti ağırlaşdı

Abid Şərifovun vəziyyəti ağırlaşdı
Kateqoriya məlum deyil
T

“Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb”.

Sfera.az bildirir ki, bunu globalinfo.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib.

O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:

“Hazırda evdəyəm, heç yerə getmirəm, gedə də bilmirəm. Açığı, gəzə bilmirəm.

Sağlamlığımda yaranan problemlə bağlı ancaq evdə oluram”.

Qeyd edək ki, 86 yaşlı A.Şərifov ötən il insult keçirmişdi. Bir müddət müalicə aldıqdan sonra onun səhhətində müəyyən irəliləyişlər olmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR