səhhət
Xalq artisti xəstəxanadan evə buraxıldı
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xəstəxanadan evə buraxılıb. Sfera.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. Aktyor müalicəsinin ev şəraitində davam etdirəcəyini vurğulayıb: "Həkimlər evi tövsiyyə etdi. Müalicələr yazılıb, evdə davam etdirəcəyəm". Qeyd edək ki, bir neçə gün öncə Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti pisləşib. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş aktyorda müayinə zamanı bir neçə xəstəlik aşkarlanmışdı.
Sağlıq05.10.2026 22:04
Abid Şərifovun vəziyyəti ağırlaşdı
“Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb”. Sfera.az bildirir ki, bunu globalinfo.az -a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir: “Hazırda evdəyəm, heç yerə getmirəm, gedə də bilmirəm. Açığı, gəzə bilmirəm. Sağlamlığımda yaranan problemlə bağlı ancaq evdə oluram”. Qeyd edək ki, 86 yaşlı A.Şərifov ötən il insult keçirmişdi. Bir müddət müalicə aldıqdan sonra onun
Sağlıq29.09.2026 20:39
Xalq artistinin səhhətində problem yarandı - Xəstəxanaya yerləşdirildi
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Sfera.az bildirir ki, Şeyx Əbdül Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: "Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür". Xatırladaq
Sağlıq29.09.2026 18:12
İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."
Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. Sfera.az bildirir ki, bu barədə Pravda.az -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm. Heç kimin zənginə də cavab vermirəm. Bu, saymazlıqdan deyil. Həm gücüm yoxdur, həm də həkimlər icazə vermirlər", - İ.Mirzəyev deyib. Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul
Cəmiyyət10.09.2026 22:17
Lalə Şövkətdən son xəbər
Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb. Sfera.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib. O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib: “Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik”. Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun
Cəmiyyət10.08.2026 23:13





