Botoks etdirən 3 qadın xəstəxanaya düşdü

Botoks etdirən 3 qadın xəstəxanaya düşdü
Kateqoriya məlum deyil
T

Türkiyənin Mersin vilayətində gözəllik salonunda botoks etdirən, ikisi bacı olmaqla 3 qadında bir müddət sonra müxtəlif sağlamlıq problemləri yaranıb.

Sfera.az xəbər verir ki, onlarda nəfəs darlığı, danışma və udma çətinliyi, görmə pozğunluğu və ikili görmə kimi şikayətlər müşahidə olunub.

42 yaşlı Cemile Ateş bildirib ki, botoks prosedurundan təxminən 15 gün sonra sağ göz qapağında sallanma, həmçinin nəfəsalma, danışma və udma çətinliyi yaranıb. Onun bacısında isə görmə pozğunluğu və ikili görmə meydana gəlib.

Qadınlar xəstəxanaya aparılaraq müalicəyə cəlb olunublar./lent

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR