İrem Dericidən estetik iddialarına cavab

Tez-tez etdirdiyi estetik prosedurlarla gündəmə gələn məşhur türkiyəli müğənni İrem Derici bu dəfə çənəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Sfera.az xəbər verir ki, son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan sənətçinin önə doğru uzanmış və iti görünən çənəsi izləyicilərin diqqətini çəkib. Bir çox istifadəçi Dericinin çənəsinə dolğu etdirdiyini iddia edib və bununla bağlı çoxsaylı şərhlər yazıb.

Lakin müğənni yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib. O, çənəsindəki dəyişikliyin estetik müdaxilə ilə əlaqəli olmadığını açıqlayıb.
İrem Derici bildirib ki, həmin görüntü allergik reaksiya nəticəsində yaranıb:
“Bu, dolğu deyil. Dünən məni nəsə dişləyib. Səhnədən birbaşa xəstəxanaya getdim. Heç belə dolğu olar? Papağa oxşayır.”
Beləliklə, müğənni çənəsindəki şişliyin estetik əməliyyatdan deyil, həşərat dişləməsi və ya bənzər allergik reaksiyadan qaynaqlandığını vurğulayıb.
Mənsumə






