Qaraciyərdəki bu hal ölümə səbəb olur - TƏDQİQAT

Qaraciyərdəki bu hal ölümə səbəb olur - TƏDQİQAT
Kateqoriya məlum deyil
T

İsveçin Karolinska İnstitutunun alimləri alkoqolsuz qaraciyər yağlanması xəstəliyinin (QYQQ) nəticələrini araşdıran geniş tədqiqatın nəticələrini açıqlayıblar.

 

Sfera.az xəbər verir ki, “Journal of Hepatology” jurnalında dərc olunan araşdırmaya görə, bu xəstəlikdən əziyyət çəkən insanlarda erkən ölüm riski ümumi əhali ilə müqayisədə təxminən iki dəfə yüksəkdir.

 

2002-2020-ci illər üzrə 13 mindən çox xəstənin məlumatlarının təhlili göstərir ki, QYQQ yalnız qaraciyər patologiyaları ilə bağlı deyil, həm də digər xəstəliklər üzrə ölüm nisbətlərini artırır. Araşdırmanın nəticələrinə əsasən xərçəngdən ölüm riski yağlı qaraciyər xəstələrində 35 dəfə yüksəkdir, ürək-damar xəstəliklərindən ölüm 54%, qeyri-qaraciyər xərçənglərindən ölüm isə 47% artır.

 

Eyni zamanda infeksiyalar, tənəffüs yolu, mədə-bağırsaq və endokrin xəstəliklərdən ölüm göstəricilərində də artım qeydə alınır. Mütəxəssislər sağlam qidalanma, müntəzəm fiziki aktivlik və xüsusilə şəkərli diabet kimi risk faktorlarına nəzarətin yağlı qaraciyər xəstəliyinin qarşısının alınmasında vacib olduğunu vurğulayırlar.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR