"Ev heyvanlarının tüklərində allergenlər olur" - Allerqoloq

"Ev heyvanlarının tüklərində allergenlər olur" - Allerqoloq
Kateqoriya məlum deyil
T

Son illərdə allergik xəstəliklərin yayılmasında ciddi artım müşahidə olunur. Bu vəziyyət yalnız fərdi meyillərlə deyil, həm də ətraf mühit və mövsümi dəyişikliklərlə bağlıdır. Havada artan toz, polen, zərərli qazlar və rütubət səviyyəsinin dəyişməsi insanların allergiyaya qarşı həssaslığını artırır. Bu səbəbdən allergiyadan qorunmaq üçün həm fərdi tədbirlər, həm də ekoloji faktorların nəzərə alınması önəmli hesab olunur.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan allerqoloq Şahvələd Məmmədov bildirdi ki, allergiya hər hansı xarici allergenin, xarici faktorun orqanizmə təsirindən, dəriyə və yaxudda tənəffüs yollarına müdaxiləsindən sonra əmələ gələn reaktiv vəziyyətdir. 

 

Onun sözlərinə görə, allergiyaların çoxu yaz və payız fəsillərində kəskinləşir.

 

Allerqoloq dedi ki, hazırda mövsümü faktorlar allergiyaların yaranmasına təsir edir:

 

“Məsələn, payız dövründə çiçək tozcuqlarının, ağac tozcuqlarının yayıldığı dönəmdə, tənəffüs yolları allergiyaları, allergik rinit, asma, asmayabənzər vəziyyətlər, allergik-konyuktivit kimi xəstəliklər yayılır”.

 

 

Müsahibimiz allergiyanın yaranmasına təsir edən ekoloji faktorlara da toxundu:

 

“Ekoloji faktorlara toxunsaq, təbii ki, dünyada gedən proseslər, ekologiyanın çirklənməsi, o cümlədən, ekoloji fəlakətin, çirklənmənin qəbul etdiyimiz meyvə-tərəvəzlərə bilavasitə təsiri müxtəlif allergiyaların yaranmasına gətirib çıxarır. Çox təəssüf ki, insanlar, bu gün qəbul etdiyimiz meyvə-tərəvəzlərin əmələ gəlməsində istixanalarda və yaxudda başqa sahələrdə kimyəvi faktorların müdaxiləsinə əl atır. Bu da istənilən halda allergiyaya meyilli insanların allergiyalarının kəskinləşməsinə gətirib çıxarır”.

 

Ş.Məmmədov allergiyalardan qorunmağın yollarını da qeyd etdi:

 

“İnsanlar bu vəziyyətdən qorunmaq üçün, uşaqlar arasında məşhur olan cipsi, fast food qidaları, müxtəlif içkilərdən uzaq durmalıdırlar. Əksəriyyətinin tərkibində kimyəvi qatqılar var. İlk növbədə uşaqlar bu cür qidalardan uzaq durmalıdır. Allergiyası olan insanlar qoruyucu vasitələrdən istifadə etməlidir. Tənəffüs allergiyaları olan insanlar qoruyucu vasitələrdən istifadə etməlidir. Ev şəraitində də müəyyən qaydalara əməl olunmalıdır. Toza həssaslığı olan insanlar, evin təmiz saxlanmasına, evin tozunun yaş parça ilə tez-tez silinməsinə diqqət yetirməlidir. Tozcuq allergiyası olan insanlar evdə gül-çiçək saxlamaqdan, dovşan, pişik, it kimi ev heyvanlarını saxlamaqdan imtina etməlidir. Ev heyvanlarının tüklərində allergenlər olur”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR