Uşaqlarda heyvanlara qarşı şiddət artıb: "Bu erkən psixoloji problemdir”

Uşaqlarda heyvanlara qarşı şiddət artıb: "Bu erkən psixoloji problemdir”

Son zamanlar heyvanlara qarşı şiddət halları artmaqdadır. Xüsusilə azyaşlı uşaqların bu cür davranışlara meyilli olması cəmiyyət üçün ciddi siqnal hesab olunur. Mütəxəssislər bu vəziyyəti yalnız tərbiyə və nəzarət boşluğu ilə deyil, həm də dərin psixoloji səbəblərlə əlaqələndirirlər. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmovanın sözlərinə görə, heyvanlara qarşı göstərilən şiddət sadəcə adi davranış pozuntusu deyil, bu hallar arxasında ciddi psixoloji və sosial səbəblər dayanır:


“Heyvanlara qarşı şiddət erkən yaşlarda müşahidə olunursa, bu, çox vaxt psixoloji problemlərin göstəricisi olur. Son dövrlərdə zorakılıq halları və şiddət davranışları, təəssüf ki, uşaqlar arasında da yayılmağa başlayıb. Bu, cəmiyyət üçün təhlükəli siqnaldır”.


Psixoloq bildirib ki, cəmiyyətimizdə heyvanlara qarşı xüsusi münasibət formalaşıb. Lakin bəzi uşaqlar bu münasibəti düzgün anlamır və nəticədə qeyri-adekvat, qəddar davranışlar ortaya çıxır:

 

“Bizim cəmiyyətimizdə heyvanlara qarşı xüsusi münasibət mövcuddur. At olsun, it olsun, pişik olsun, hansı heyvan olursa olsun, onların yaşamaq haqqı var. Onlar da canlıdır və digər canlılar kimi, qorunmağa və mərhəmətə ehtiyac duyurlar”.

 

Ü.Məhərrəmova qeyd edib ki, uşaqların heyvanlara qarşı zorakı davranışlarının müxtəlif səbəbləri ola bilər: "Uşaqlarda təbii maraq olur. Kiçik yaşlı uşaqlar təbiətə qarşı maraqlıdır. Elektron oyuncaqları necə söküb araşdırırlarsa, heyvanlara qarşı da eyni maraq göstərirlər. Lakin bu, düzgün istiqamətə yönəldilməsə, şiddətli davranışlara çevrilə bilər.


İkinci səbəb ətraf mühitin təsiridir. Əgər uşaq valideynlərdən və ya cəmiyyət üzvlərindən heyvanlara qarşı şiddət görürsə, bunu normal davranış kimi qəbul edə bilər və eyni şəkildə təkrar edə bilər.


Digər səbəb əmr altında davranışdır. Bəzən böyüklər uşaqlara "iti öldür", "pişiyi uzağa at" kimi tapşırıqlar verirlər. Bu, uşağın empati hissini öldürür və şiddəti adiləşdirir.


Travmalar və psixoloji gərginlik də uşaqların davranışına təsir edir. Uşaqlar travmatik hadisələr yaşadıqda və ya yüksək stress altında olduqda, daxili gərginliklərini heyvanlara qarşı zorakılıqla boşaltmağa çalışa bilərlər.


Sosial təqlid və mediyanın təsiri də güclüdür. Televiziyada, filmlərdə və video oyunlarda şiddət normallaşdırıldığı üçün uşaqlar bu davranışları təqlid edirlər. Bəzi hallarda isə heyvanlara qarşı seksual zorakılıq halları da müşahidə edilir ki, bu da artıq ciddi psixiatrik müdaxilə tələb edir.


Qoruma və sahiblik hissinin pozulması da davranışlara təsir göstərir. Bəzi uşaqlarda heyvanlara qarşı həddindən artıq bağlılıq yaranır. Elə hallar olur ki, uşaq sevdiyi heyvanın başqası tərəfindən öldürülməməsi üçün onu özü öldürür. Bu da çox ciddi bir psixoloji pozuntudur”.


Psixoloq bildirib ki, bu tip davranışların qarşısını almaq üçün valideynlərin və təhsil müəssisələrinin maarifləndirmə işləri görməsi vacibdir. Eyni zamanda belə uşaqların mütəxəssis tərəfindən dəyərləndirilməsi şərtdir: 


“Uşaqlar kiçik yaşlardan mərhəmət, empatiya və əxlaqi dəyərlərlə tərbiyə olunmalıdır. Əgər valideyn bu yükü tək daşıya bilmirsə, mütləq psixoloq və ya psixiatr köməyinə müraciət olunmalıdır. Heyvanlara necə davranmaq lazımdır, onlara necə şəfqət göstərmək gərəkdir, bu uşaqlara öyrədilməlidir”.

 

Ü.Məhərrəmova onu da əlavə etdi ki, mərhəmətli və mənəvi dəyərlərlə zəngin bir cəmiyyətin formalaşması üçün uşaqlara doğru davranışları öyrətmək böyüklərin borcudur:

 

“Unutmamalıyıq ki, insan insanlığı ilə yüksəlir. Sağlam düşüncəli, empatiya qabiliyyəti olan bir nəsil yetişdirmək bizim, yəni böyüklərin borcudur”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...