Yaddaşı gücləndirən yeni üsul tapılıb - Yatarkən bunu edin

Yaddaşı gücləndirən yeni üsul tapılıb - Yatarkən bunu edin

ABŞ-nin Kaliforniya Universitetində aparılan yeni bir elmi araşdırma yaddaş itkisi və zehni zəifləmə ilə mübarizədə ümidverici nəticələr ortaya qoyub. Tədqiqat göstərib ki, yatarkən otaqda xoş qoxuların yayılması yaddaşın güclənməsinə səbəb olur.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, alimlər 60-85 yaş arası 43 sağlam insanı iki qrupa ayırıb.

 

Birinci qrup hər gecə yatmazdan əvvəl otaqlarına təbii yağlarla zəngin qoxu diffuzoru yerləşdirib. İkinci qrup isə çox zəif, hiss olunmayan qoxulara məruz qalıb. Altı ay davam edən araşdırmanın sonunda güclü qoxularla yatan şəxslərin yaddaşında 226 faiz artım müşahidə olunub.

 

Mütəxəssislər bu nəticəni beynin yuxu zamanı məlumatları uzunmüddətli yaddaşa köçürmə prosesi ilə əlaqələndirirlər. Xüsusilə dərin yuxu mərhələsində beyində məlumatların emalı sürətlənir. Qoxu hissi isə birbaşa yaddaş və emosiyalara cavabdeh olan limbik sistemə təsir göstərdiyi üçün bu metod təsirli sayılır.

 

Araşdırma zamanı yaddaş testləri ilə yanaşı beyin görüntüləmələri də aparılıb. Yaddaş və öyrənmədə əsas rol oynayan sol “unsinat fasikulus” adlanan bölgədə funksional dəyişikliklər qeydə alınıb.

 

Alimlər bu üsulun Altzeymer və digər nevroloji xəstəliklərin qarşısını almaqda da faydalı ola biləcəyini vurğulayırlar. Üstəlik, bu metod həyat tərzində ciddi dəyişiklik tələb etmir, yalnız yatarkən tətbiq olunur.

 

Mütəxəssislər bildirirlər ki, yataq otağında xoş qoxuların istifadəsi səhərlər daha güclü yaddaş və zehni çevikliklə oyanmağa kömək edə bilər.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...