Logo

Qan qrupu immunitetə təsir edirmi? - Həkimdən maraqlı açıqlama

Qan qrupu immunitetə təsir edirmi? - Həkimdən maraqlı açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qan qrupunun virus infeksiyalarına qarşı müqavimətə təsir göstərməsi ilə bağlı fikirlər elmi baxımdan birmənalı təsdiqini tapmayıb.

Mütəxəssislər bildirirlər ki, insanın immun sisteminin gücü daha çox həyat tərzi və ümumi sağlamlıq vəziyyətindən asılıdır.

Sfera.az xəbər verir ki, bu barədə “RT”yə Grand Clinic klinikalar şəbəkəsinin təsisçisi və elmi rəhbəri, həkim Olqa Şuppo danışıb.

Onun sözlərinə görə, əvvəlki bəzi tədqiqatlarda qan qrupu ilə immunoloji göstəricilər arasında statistik əlaqələr aşkarlanıb. Məsələn, müəyyən araşdırmalarda IV qan qrupuna sahib insanlarda interferon istehsalının daha aktiv olduğu müşahidə edilib.

Həkim qeyd edib ki, I qan qrupuna sahib şəxslərdə bu reaksiya təxminən 80 faiz, III qan qrupunda isə 91 faiz hallarda qeydə alınıb. II qan qrupuna sahib insanların 40 faizində isə interferon istehsal etmək qabiliyyətinin aşağı olduğu müəyyən edilib.

Bununla belə, mütəxəssis qan qrupunun immunitetin gücünü müəyyən edən əsas amil hesab edilməsinin yanlış olduğunu vurğulayıb.

Şupponun sözlərinə görə, immun sisteminə genetika, ümumi sağlamlıq vəziyyəti, həyat tərzi, qidalanma, stress səviyyəsi və xroniki xəstəliklərin mövcudluğu təsir göstərir.

Həkim əlavə edib ki, müasir tibbdə xəstəliklərin vaxtında aşkarlanması və profilaktik tədbirlər immunitetin qorunmasında daha mühüm rol oynayır.

Qeyd edək ki, qan qrupu ilə immunitet arasında əlaqəyə dair ayrı-ayrı elmi müşahidələr mövcud olsa da, bu göstərici insanın viruslara qarşı nə dərəcədə davamlı olduğunu müəyyən etmək üçün kifayət deyil.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR