Logo

Yaşlanmanı ləngidən 3 bitki BUNLARDIR

Yaşlanmanı ləngidən 3 bitki BUNLARDIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Orqanizmin sağlam qocalmasını dəstəkləmək və yaşlanma prosesini ləngitmək üçün gündəlik qidalanmaya bəzi məhsulları əlavə etmək tövsiyə olunur. Həkim İren Pinilya bunun üçün üç bitki mənşəli məhsulun adını açıqlayıb.

Sfera.az xəbər verir ki, mütəxəssisin tövsiyələrini İspaniyanın “Deia” nəşri yayıb.

Həkimin sözlərinə görə, ilk növbədə avokadoya üstünlük vermək lazımdır. Bu meyvənin tərkibindəki faydalı yağlar ürək sağlamlığına və maddələr mübadiləsinə müsbət təsir göstərir.

İkinci məhsul kividır. Həkim onun immun sisteminin güclənməsinə kömək etdiyini bildirib. Buna səbəb kivinin C vitamini ilə zəngin olmasıdır.

Üçüncü məhsul isə qaragilədir. İren Pinilyanın sözlərinə görə, bu giləmeyvə hüceyrələri və beyin toxumasını zədələnmələrdən qorumağa kömək edən antioksidantlarla zəngindir. Bundan əlavə, qaragilə orqanizmdə xroniki iltihab səviyyəsinin azalmasına dəstək ola bilər.

Mütəxəssis qeyd edib ki, qaragilənin kalorisi azdır və qlisemik indeksi orta səviyyədədir.

Xatırladaq ki, daha əvvəl onkoloq İezekiel Emmanuel sağlam və uzunömürlü həyatın əsas şərtlərindən birini açıqlayıb. O, insanlara ömür boyu sosial fəallığı qorumağı tövsiyə edib.

İnci

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR