"Bu xəstəliklə bağlı profilaktik fəaliyyətlər genişlənməlidir" - HƏYƏCAN TƏBİLİ

"Bu xəstəliklə bağlı profilaktik fəaliyyətlər genişlənməlidir" - HƏYƏCAN TƏBİLİ

Azərbaycanda son illərdə bəzi xəstəliklər üzrə xəstələnənlərin sayında nəzərəçarpacaq artım müşahidə edilir.  Eyni zamanda, psixi və davranış pozuntularından əziyyət çəkənlərin sayında da ciddi artım var. Əvvəllər bir ildə 10,8 min nəfər bu xəstəliklə əlaqədar müalicə almışdısa, ötən il 22,3 min insan eyni xəstəlikdən müalicə alıb. Cəmi 10 ildə psixi və davranış pozuntularından əziyyət çəkənlərin sayı 2,06 dəfə artıb. 

 

Bu vəziyyətin əsas səbəbləri nələrdir? Sözügedən artımla bağlı həyəcan təbili çalınmalıdırmı? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, psixoloji pozuntular və psixi xəstəliklər müxtəlif səbəblərdən yaranır. 

 

Müsahibimizin sözlərinə görə, müşahidə və müayinə etmədən hansısa diaqnoz qoymaq doğru deyil:

 

“Təcrübə göstərir ki, doğuş problemi, baş vermiş hansısa travma hadisəsi, genetik faktorlar kimi səbəblər müşahidə və müayinə zamanı diqqətdə saxlanılır. Erkən nikahlar və qohum evliliyi yaranmış faktoru tətikləyir və inkişaf etdirir. Statistikada bir say göstərici belə çoxdur. Sos siqnalının verilməsi üçün problemin böyüməsinə və ya hansısa say göstəricisinə ehtiyac yoxdur.  Psixoloji pozuntular və psixi xəstəliklərə qarşı preventiv və profilaktik fəaliyyətlər genişlənməlidir. Psixoloji maarifləndirmə aparılmalıdır”.

 

R.Nəcəfov bildirib ki, evlilik öncəsi də tibbi müayinə və psixoloji konsultasiya olmalıdır:

 

“Sağlam uşağın dünyaya gəlməsi üçün ailədə sağlam psixoloji mühit formalaşmalıdır. Valideynlər övladlarının psixi sağlamlıqlarına qarşı biganə yanaşmamalıdırlar. Bəzi hallar var ki, yaranmış mənzərənin problemini aydın görmək olur. Ailə üzvləri psixi xəstə olan fərdlərini cəmiyyətdən gizlədirlər. Cəmiyyətin qınağından utanırlar və qərəzindən qorxurlar. Hətta “evləndirək düzəlsin” kimi düşüncə ilə riski böyüdürlər. Riski minimuma endirmək üçünsə addımlar atılmalıdır. Bütün ağrılar kimi psixi ağrılar da müalicə edilməlidir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Yağışla bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.   “Qafqazinfo” xəbər verir ki, bunu...

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.   Sfe...

İranda neft emalı zavodunda yanğın oldu

İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.   Sfera.az xəbər verir ki, məlum...

13 yaşlı Məhəmmədəli futbolçu imiş - VİDEO

Məlum olduğu kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların arasında 13 yaşlı Məhəmmədəli Eqanov da var....

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb - FOTOLAR

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həy...

"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, Donald Tramp fot...