Meksika "Google"u məhkəməyə verdi


Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə məhkəməyə verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransı zamanı məlumat verib.

 

"Artıq iddia qaldırılıb, hazırda baxılma mərhələsindədir", – deyə o bildirib.

 

"Bizim yeganə istəyimiz odur ki, ABŞ hökumətinin Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamı yerinə yetirilsin. ABŞ hökumətinin Amerika körfəzinə dair sərəncamında yalnız ABŞ-nin materik şelfinə uyğun hissə qeyd olunur, bütün körfəz deyil, çünki hökumətin bütün körfəzə ad verməyə səlahiyyəti yoxdur", – deyə Şeynbaum izah edib.

 

"Əgər söhbət bir ştatın, dağın və ya gölün adının dəyişdirilməsindən getsəydi, biz heç nə deyə bilməzdik. Onlar öz ərazilərində yerləşən hissəni istədikləri kimi adlandıra bilərlər. Amma Meksikaya aid olan hissənin adını dəyişmək olmaz", – deyə o əlavə edib. (Report)


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...