Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı


Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil qarşıdan gələn "Toyota Prius" markalı minik maşını ilə toqquşub.

 

Nəticədə "Mercedes-Benz" də olan Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Eldar Əli oğlu Şabanov, 1986-cı il təvəllüdlü Elməddin Eldəniz oğlu Şahbazov, 1963-cü il təvəllüdlü Elxan Əli oğlu Şabanov və onların həmkəndliləri, "Toyota" markalı avtomobildə olan 1955-ci il təvəllüdlü Məzahir Şəkəralı oğlu Əliaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 9-da saat 17 radələrində Tərtər rayonu Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

1963-cü il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, yanaq və gicgah, çənə nahiyəsinin açıq yarası, 1986-cı il təvəllüdlü şəxsə baş beyinin silkələnməsi, 1961-ci il təvəllüdlü şəxsə yuxarı ətraf qurşağı və bazunun əzilməsi, baldırın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi, əl barmağın dırnaq lövhəciyinin zədələnməsi ilə açıq yarası, 1955-ci il təvəllüdlü şəxsə isə sağ çiyinin çıxığı diaqnozu təyin edilib.

 

Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...