Ayxan Abbasov: “Hakim uşaqların bu boyda əziyyətini yerə vurur”


Ayxan Abbasov: “Hakim uşaqların bu boyda əziyyətini yerə vurur”

“Şamaxı” Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olub.

 

Sfera.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– İstəyərdim ki, xal qazanaq. Bu mövsüm “Sabah”la oyunlarımız mübarizəli keçirdi. Rəqib bu il bizə qalib gəlməmişdi. Bu gün bacardılar. Standart vəziyyətlərdə uduzduq. Gənc futbolçulara şans verdik. Heyətdə dəyişikliklər etmişdim. Bəzi oyunçuları meydanda görmək istəyirdim. Buna baxmayaraq futbolçularıma ilboyu göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. “Şamaxı” qarşısına qoyulan məqsədə çatdı. Mövsüm bitəndən sonra gələcək planlar haqda fikirləşəcəyik.

 

– Hakimlikdən çox narazı idiniz…

 

– Fərid Hacıyevdən həmişə narazı olmuşam. Çox danışmaq istəmirəm. Deyirik gəncdirlər, həmişə dəstək oluruq. Top çıxıb, foul verir. Ayıbdır. Uşaqların bu boyda əziyyətini yerə vurur. Həmin hücum korner oldu. Korner də qolla nəticələndi. Neçə epizod oldu ki, sarı vərəqə vermədi. Bundan sadə epizodlarda bizə “sarı” verirlər. Fərid Hacıyev oyunu zəif idarə etdi. Bu hakim bizim oyunlara düşəndə çox zəif idarə edir. Bilmirəm nədən irəli gəlir.


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...