Avtomobildən 300 min dollar düşdü: İnsanlar pulları toplamağa çalışdı

Avtomobildən 300 min dollar düşdü: İnsanlar pulları toplamağa çalışdı

İllinoys ştatının Oak Park şəhərində 300 min dollar nağd pul Brinks zirehli avtomobilindən yola düşüb.
 

Sfera.az bildirir ki, insident xaosa səbəb olub, insanlar pul kisələri ilə küçələrə qaçıblar.


Hadisə, Brinksin avtomobilinin arxa qapısının qəfil açılaraq, ümumi dəyəri 300.000 dollar olan 3 çantanın yola tökülməsi ilə baş verib. Sürücünün dediyi kimi, 50-100 nəfər səpələnmiş əskinasları yığmağa tələsərək ciblərinə doldurub və sürətlə hadisə yerində gözdən itiblər.
 

Hazırda polis araşdırma aparır və tapılan pulu mənimsəmiş şəxslərin kimliyini müəyyənləşdirməyə çalışır. Pulu özlərinə saxlayanlar hüquqi məsuliyyətlə üzləşə bilər. İllinoys qanunlarına görə, itirilmiş əşyalar, o cümlədən pul qanuni sahibinə qaytarılmalıdır. Qanun belə əşyaların qaytarılmasına görə mükafat nəzərdə tutmur.


Həmçinin bir şəxs qanunsuz olaraq 500-10.000 ABŞ dolları arasında olan əmlaka sahibdirsə, bu, oğurluq sayılır və ağır cinayət kimi təsnif edilir. Cinayətkarı 5 ilə qədər həbs və 25 min dollara qədər cərimə gözləyir.
 

Keçmiş FTB agenti Mayk Driskoll belə bir vəziyyətdə şübhəlilərin tapılmasının son dərəcə çətin olacağını bil. O, əlavə edib ki, pulun itirilməsi hallarını araşdırarkən hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kamera görüntülərinə baxmaq və şahidləri dindirmək də daxil olmaqla, “köhnə üsullara” etibar etməli olurlar.
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...