Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir.

 

Bəs psixoloq qiymətləri niyə bahadır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, çox adamın bu sahəyə maraq göstərməsinin əsas səbəbi praktik olmasıdır.

 

“Bəzi insanlar özlərini tanımaq və yaxud problemlərini həll etmək üçün bu sahəyə yönəlirlər. Bu iş uzun müddətli səbr və təmkin tələb edir. Psixoloq qiymətlərinin bahalığından şikayətlənən insanlar hansı kriteriyaya əsaslanaraq bunu dediklərini bilmirlər. Psixoloji xidmət dünyada ən bahalı xidmət növüdür. Bizdə psixoloqa sadəcə “dərdini danışılacaq insan” gözüylə baxılır. Ona görə insanlar "dərdimi psixoloqa danışana qədər, dost-tanışıma deyərəm" düşüncəsindədirlər”.

 

Psixoloq qeyd edib ki, insan orqanizmində yaranan xəstəliklərin bir çoxunun kökündə psixioloji problemlər dayanır.

 

“Lakin insanlar bunu bilmədən həkimə müraciət edirlər. İynə-dərman vasitələri ilə sağalmağa çalışırlar. Bu zaman həmin dərman preparatlarına verdikləri pullara heyfləri gəlmir. Bəlkədə həmin problem psixoloqla daha rahatlıqla həll oluna bilərdi. Psixoloq qəbulunda ödənən məbləğ zamana ödənilir. Dünyanın qabaqcıl ölkələrində bununla bağlı pasientlə müqavilə bağlanılır. Psixoloq seanslarında ödəniş nəticəyə yox, prosesə edilir. Bundan əlavə qeyd edim ki, hər bir psixoloji mərkəzin özünəməxsus xərcləri olur. Bu xərclər də heç də az deyil. Əgər psixoloji mərkəzlərdə qiymətlər çox aşağı olsa həmin xərcləri qarşılamaq çətin olacaq. Bu isə psixoloji mərkəzin bağlanması ilə nəticələnə bilər. Psixoloq da, öz qazancı və keyfiyyət göstəriciləri ilə yanaşı əhalinin maddi durumunu da nəzərə almalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb k...

Məşhur azərbaycanlı bəstəkar VƏFAT ETDİ - FOTO

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.   Sfera.az axşam.az-a istinadən bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xə...

Britni Spirsin dostları həyəcan təbili çaldı

42 yaşlı amerikalı müğənni Britni Spirs qəyyumluqdan qurtulduqdan sonra psixoloji və maliyyə vəziyyəti əvvəlkindən daha pisdir. O, tamamilə qeyri-adekvat vəziyy...

15 yaşında evdən qaçan qız möcüzə nəticəsində sağ qalıb və milyarder olub

İrandan olan 48 yaşlı Bekki Fatemi, uşaqlığını çox kasıb keçirməsinə və hətta 15 yaşında evdən qaçmasına baxmayaraq, 8,3 milyard funt sterlinq dəyərində nəhəng ...

1,3 milyard dollar cek-pot qazanan xərçəng xəstəsinin həyatı dəyişdi

Xərçənglə mübarizə aparan 46 yaşlı laoslu mühacir Çenq Sayfan Amerika Powerball lotereyasında 1,3 milyard dollar qazanıb.   Sfera.az bildirir ki, Çen...

Meymunlar şəhəri yerlə-yeksan etdi: Onların qarşısını almağa çağıran plakatları cırdı

Qəzəbli meymunlar dəstəsi Taylandda Lopburi turizm mərkəzində meymun işğalına qarşı şüarlar yazılmış 30 plakatı cırıb. Əvvəllər bu heyvanlara yemək və əyləncə a...