Uşaqlarda yüksək qızdırmanın səbəbləri nələrdir?

Uşaqlarda yüksək qızdırmanın səbəbləri nələrdir?
 
Qızdırma daha çox 0-6 yaş uşaqlarda müşahidə olunur.
 
 
Sfera.az xəbər verir ki, bunun əsas səbəbi immunitet sisteminin zəif olmasıdır.
 
İmmuniteti zəif olan körpə və uşaqlarda bu vəziyyətin tez-tez baş verməsi olduqca normaldır. Bu səbəblə bu kimi vəziyyətlərdə nə edəcəyimizi tam olaraq bilmirik. Yeni doğulmuş körpələrdə vəziyyətin belə olması bizi narahat etmir deyil. Bu səbəbdən yeni ana namizədlərinə tövsiyəmiz bu məsələ haqqında özlərini bir az daha inkişaf etdirmələri olacaqdır. Özümüzdən çox önəm verdiyimiz, gözümüz kimi baxdığımız uşaqlarımız daim sağlam olsun istəyirik.

Lakin istər yaz aylarında, istərsə də qış aylarında nə qədər diqqət göstərməyinizə baxmayaraq uşaqların xəstə olması labüd haldır.
Uşaqlar üçün ən çox qorxulu hesab edilən və ən çox rast gəlinən sağlamlıq problemlərinin başında qızdırma gəlir. İnfeksiya və ya soyuqdəyməyə bağlı olaraq ortaya çıxan qızdırma, adətən, orqanizmdə su itkisinə səbəb olur. Bədən temperaturunun yüksəlməsinə bağlı olaraq tərləmə baş verir və tərlə atılan suyun yerinə əlavə yeni maddə alması lazımdır.
 
Orqanizmin itirdiyi maye böyrəklərə mənfi təsir edərək orqanizmin kimyasını da pozaraq daimi zədələrə səbəb ola bilər. Adətən 1-3 yaşlarda tez-tez görünən qızdırmanın temperaturu 39 dərəcəni keçir. Orqanizmdə uzunmüddətli zədəyə səbəb ola biləcək bu tip vəziyyətlərdə təcili olaraq həkimə müraciət etməyiniz məsləhətlidir.
 
 
Qızdırmanın başlıca səbəbi infeksiyadır. Qrip və yuxarı tənəffüs yolu infeksiyaları kimi tez-tez rast gəlinən və uşaq xəstəlikləri kimi səciyyələndirilən - sarılıq, qızılca, suçiçəyi, xanazır kimi xəstəliklər də yüksək qızdırmaya səbəb olur. Xəstəliklərdən qorunmaq üçün vurulan qarışıq peyvəndlərdən sonra da bədən temperaturunda müəyyən yüksəlmələr müşahidə olunur. Yüksək qızma qida zəhərlənmələrinə bağlı olaraq da özünü göstərə bilər. Bu tip hallarda təcili yardım üçün mütəxəssis bir həkimə müraciət etməyiniz faydalı olacaqdır.
 
Ev şəraitində özünüz uşağınızın tempuratırını ölçə bilərsiniz. Əgər 38 dərəcə və yuxarı olarsa ilkin müdaxilə edə bilərsiniz. Uşağınızın nə qədər həssas bir quruluşa sahib olduğunu əsla unutmayın. Ona bu mövzuda daha yaxşı davranın Çox ağlaması qızmasının qalxmasına səbəb ola bilər. Qızmanın yüksək olduğu zaman, nəmli parça ilə uşağın qızmasını alaraq bədən temperaturunu aşağı salmalısınız. Beləliklə körpə daha çox rahat edəcək və canlanacaqdır. Daha sonra dərhal bu atəşin səbəb olduğunu öyrənmək üçün ən yaxın xəstəxanaya müraciət etməyiniz lazımdır.
 
 
Sfera.az//
 
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.





OXŞAR XƏBƏRLƏR

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...

"Süni zəka dövrüdür, bəstəkara ehtiyac olmayacaq"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində qon...