Cinsi yolla keçən infeksiyaların ilk simptomları QORXUNC STATİSTİKASI
Sağlıq
14:54 / 13.07.2016
4962
Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hər gün (!) dünyada 1 milyon insan cinsi yolla keçən infeksiyalardan (CYKİ) birinə yoluxur. Hər il 360 milyona yaxın insan xlamidioz, süzənək, sifilis, trixomoniaz kimi infeksiyalardan birinə yoluxur. Hal hazırda (2015-ci ilin məlumatı) dünyada 530 milyondan çox insan genital herpesə səbəb olan virisun, 290 milyon qadın insan papilloması virusunun daşıyıcısıdır. Cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan artıq bakteriya, virus və parazit keçir. Bu patogenlərin arasında olan 8 infeksiya ən təhlükəlidir və bir çox xəstəliklərin və pozulmaların səbəbi olur. Hal hazırda bu infeksiyalardan 4-ü (süzənək, sifilis, xlamidioz və trixomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanizmə olan təsiri azaltmaq mümkündür. Bütün sadaladığımız infeksiyalar əsasən cinsi əlaqə zamanı keçir. Həmçinin bu infeksiyalar hamiləlik və doğuş zamanı anadan körpəyə keçə bilər. Cinsi yolla keçən infeksiyalar insan sağlamlığına ciddi ziyan vurur: - süzənək və xlamidioz kiçik çanaq orqanlarının iltihabların, hamiləliyin pozulmasının, sonsuzluğun əsas səbəblərindən biridir. - insan papilloması virusu hər il 530 min uşaqlıq boynu xərçənginin inkişafının və 275 uşaqlıq boynu xərçəngindən ölümün səbəbi olur. - cinsi yolla keçən infeksiyaların anadan körpəyə ötürülməsi ölü, çəkisi az olan, müxtəlif anadangəlmə qüsurları olan uşaqların doğulmasına, hamiləliyin sona qədər çatdırılmamasına səbəb olur. Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır: - cinsi orqanlar sahəsində qaşınma və yandırma hissi; - tez-tez və ağrılı sidik ifrazı; - cinsi orqanlardan qeyri-adi görünüşlü (sarı, yaşıl, qanlı, köpüklü) və qoxulu ifrazatlar; - cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması; - bədəndə səpgilərin əmələ gəlməsi; - cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi; - limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi; - qadın və kişilərdə - qarının aşağı hissəsində ağrılar; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda ağrılar, menstruasiyalar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatların olması. Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini müşahidə edərsə o, dərhal ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, bir çox hallarda cinsi yolla keçən infeksiyalar özünü heç bir simptomla büruzə vermir! Bu səbəbdən ailə qurmaq istəyən hər bir şəxs (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinədən keçməli və lazım gəldikdə müalicə almalıdır.(xeberoxu.az)