"Ağdamda şəkil çəkdirməyim səhv idi" - Simonyan
“Vaxtilə (işğal dövründə - red.) Ağdamda şəkil çəkdirməyim səhv idi”. Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “O zaman şəkil çəkdirdim, çünki sizin məntiqinizlə fikirləşirdim. Mənə də təlqin edilmişdi ki, sən bununla (Ermənistanın indiki əraziləri ilə - red.) kifayətlənməməlisən, Araz çayının o tayında oturub arzular qurmalısan ki, Azərbaycan zəifləsin, bir gün hücum edək, ya da Türkiyə zəifləsin, bir gün