Türkiyə MN: Qətərdəki qəzada 3 Türkiyə vətəndaşı şəhid olub

Türkiyə MN: Qətərdəki qəzada 3 Türkiyə vətəndaşı şəhid olub
Kateqoriya məlum deyil
T

Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə xidməti vəzifəsini yerinə yetirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 Türkiyə vətəndaşının şəhid olduğunu açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi məlumatında bildirilib.

 

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, qəza nəticəsində 1 nəfər Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 2 nəfər ASELSAN şirkətinin mütəxəssisi və 4 nəfər Qətər Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

 

Hadisə Qətər-Türkiyə Birgə Müştərək Qüvvələri Komandanlığı nəzdində təlim həyata keçirən zaman baş verib.

 

Nazirliyin bildirdiyinə görə, dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində helikopterin qalıqları və şəhidlərin nəşləri aşkar edilərək sudan çıxarılıb.

 

Qeyd edilib ki, qəzanın dəqiq səbəbləri Qətər rəsmi qurumları tərəfindən aparılacaq genişmiqyaslı araşdırmalardan sonra müəyyən ediləcək.

PAYLAŞ