"Şiə ya sünni olmağımızın nə fərqi var?" - Ərdoğan
Bölgəmiz son əsrin ən ağrılı günlərini yaşayır, baş verən hadisələr bölgədə ciddi humanitar fəsadlara səbəb olur. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda baş verən hadisələrlə bağlı açıqlama verərkən deyib. Ərdoğan vurğulayıb ki, harada baş verməsindən asılı olmayaraq həyatını itirən insanların hamısı qardaş xalqlara məxsusdur. Onun sözlərinə görə, İsfahan, Təbriz və Tehranda tökülən göz yaşları ilə Ərbil, Amman, Bağdad, Beyrut, Səna, Doha və Ər-Riyadda