Türkiyədə dəhşətli qəza: ölənlər var

Türkiyədə dəhşətli qəza: ölənlər var
Kateqoriya məlum deyil
T

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda mikroavtobusun aşması nəticəsində ağır yol qəzası baş verib. Qəza zamanı 3 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lice ilə Kulp rayonları arasındakı yolun Karahasan məhəlləsi yaxınlığında baş verib. İlkin məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Qəzadan sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Hadisə yerində iki nəfərin öldüyü müəyyənləşib. Yaralanan 12 nəfər xəstəxanalara çatdırılıb, onlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Qəzada ölənlərin meyitləri ekspertiza üçün morqa aparılıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb. Qəzanın dəqiq səbəbi araşdırılır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR