Moskvanın üç hava limanı yenidən fəaliyyətini dayandırdı
Kateqoriya məlum deyil
Noyabrın 16-da axşam saatlarında Moskvanın üç hava limanında uçuşlar müvəqqəti dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviasiya) istinadən məlumat yayıb.
Məhdudiyyətlər Vnukovo, Domodedovo və Jukovski hava limanlarına şamil edilib.
Qeyd edək ki, bundan əvvəl, noyabrın 15-də Omsk yaxınlığında “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə şəxsi təyyarə arasında təhlükəli yaxınlaşma baş verib. Hadisə axşam saatlarında Omsk-Mərkəzi aerodromu ərazisində qeydə alınıb.
İnci
Sfera.az






