İranda partlayış səsləri eşidilir
Kateqoriya məlum deyil
İranın cənubunda, Hörmüz boğazında yerləşən Qeşm adasında partlayış səslərinin eşidildiyi bildirilir.
Sfera.az xəbər verir ki, partlayışların hansı səbəbdən baş verdiyi və raket görüntülərinin məhz hansı hadisəyə aid olduğu hələlik dəqiqləşdirilməyib.
Hadisə ilə eyni vaxtda bölgədən raket buraxılışını əks etdirdiyi iddia olunan görüntülər də yayılıb.
Qeyd edək ki, noyabrın 7-də də Qeşm adasında və İranın cənubundakı digər ərazilərdə partlayış səsləri qeydə alınmışdı.






