Logo

Türkiyədə bir neçə ev yanıb

Türkiyədə bir neçə ev yanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda bir neçə yaşayış evi yanıb.

Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə ikimərtəbəli evdə çörək sobasının istifadədən sonra söndürülməməsi səbəb olub.

Nəticədə evdə yanğın başlayıb. Alov qısa zamanda qonşu üç evə yayılıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Yanğın söndürülüb. Qeyd edilir ki, güclü yanğın nəticəsində evlərin dördü də yararsız hala düşüb.

Məlumata görə, hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR