Qisas dosyesi hazırdır, Xameneinin qanı yerdə qalmayacaq - SEPAH

Qisas dosyesi hazırdır, Xameneinin qanı yerdə qalmayacaq - SEPAH
Kateqoriya məlum deyil
T

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülmüş ölkənin ali rəhbəri Əli Xamenei üçün qisas vədi verib.

Sfera.az xəbər verir ki, general ABŞ və İsrailin İrandan gözlənilməz zərbələr alacağını iddia edib.

“İzləyəcəyimiz yol Ali rəhbər Müctəba Xameneinin müəyyən etdiyi xətt olacaq. Düşmən tərəfindən şəhid edilən xalqımızın hər bir üzvü qisas dosyesi üçün ayrıca əsasdır”, - o bildirib.

SEPAH generalı Əli Xamenei ilə yanaşı, ABŞ və İsrailin hücumu zamanı öldürülən digər İran vətəndaşlarının da qanının yerdə qalmayacağını qeyd edib.

Musəvi ABŞ və İsrailin aldığı “ağır və gözlənilməz zərbələr”in bununla bitməyəcəyini iddia edərək, mübarizənin keçmişdə olduğu kimi gələcəkdə də davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei iyulun 9-da Məşhər şəhərində dəfn olunacaq./Teleqraf

PAYLAŞ