Türkiyədə qadın cinayəti: Ov tüfəngi ilə öldürüldü
Adananın Kozan rayonunda yaşayan 22 yaşlı Sevda Dinler dostluq təklifini rədd etdikdən sonra ov tüfəngi ilə vurularaq öldürülüb.
Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Dağılcak istirahət zonasında baş verib.
Sevda Dinler təcavüzkarın dostluq təklifini rədd edib və sonra aralarında mübahisə başlayıb.
Mübahisə əsnasında o, özü ilə gətirdiyi ov tüfəngi ilə Dinleri vurub. Dinler yerə yıxılıb, qanaxma keçirib. Bu vaxt piknik ərazisində yemək yeyən mülki geyimli polis əməkdaşı müdaxilə edərək təcavüzkarı saxlayıb. Daha sonra hadisə yerinə tibb və jandarma qrupları göndərilib. Tibb işçiləri Dinlerin öldüyünü müəyyən ediblər. Sevda Dinlerin cansız bədəni yoxlanış üçün morqda saxlanılıb.
Nəzarətə alınan təcacüzkar Jandarma Komandanlığına gətirilib.
İradə Elsevər
Sfera.az






