Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏ

Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏ

Birləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnət edilməyə məruz qalan (ingiliscə, Female Genital Mutilation - FGM) 200 milyon qız və qadın yaşayır.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bu hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast gəlinsə də, bəzi Asiya və Latın Amerikası ölkələrində də qarşılaşmaq mümkündür. BMT-nin məlumatına əsasən, artıq Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan miqrantlar arasında da qadın sünnəti yayılıb.

Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM qadının cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə müşayiət olunur.

Adətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir.

FGM-in dörd növü var:

-Klitoridektomiya. Həssas klitoris və ətrafındakı dərinin tamamilə və ya qismən kəsilməsi.

-Eksizisiya. Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı, kiçik labia və ya vaginanı örtən daxili dəri qatlarının da kəsilməsi.

-İnfibulyasiya. Kiçik labia və vaginanı örtən xarici dəri qatlarından ibarət böyük labianın kəsilməsi və yerinin dəyişdirilməsi. Bu zaman xırda dəlik buraxılaraq tikilmə prosesi də baş tutur. Bu təcrübə təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı infeksiya riski daşıyır: vagina və sidik kanalının üzəri bağlanır və aybaşı mayesinin və sidiyin bədəndən rahat çıxması üçün yer daralır.

Hətta, bəzən boşluq o qədər dar olur ki, cinsi münasibət və ya doğuş üçün dəliyi kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş zamanı bu, həm ana, həm də körpə üçün təhlükə törədir.

 

-Buraya klitoris və ya cinsi orqanın iynələnməsi, pirsinqi, çərtilməsi, qaşınması və dağlanması kimi qalan digər zərərli proseslər daxildir.

Nə üçün edilir?

Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial normalar, din, gigiyenanı yanlış anlama, qız və ya qadının bakirəliyinin qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin seksual həzzini artırmaq daxildir. Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin şərt hesab olunur.

Baxmayaraq ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq üçün xeyri yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının kəsilməsini zəruri hesab edirlər və sünnət edilməyən qadınları qeyri-sağlam, natəmiz və qiymətsiz kimi dəyərənlədirirlər.

Proses adətən qızların icazəsi olmadan aparılır və dünyada sağlamlıq üzrə mütəxəssislər onu qadınlara və insan haqlarına qarşı zorakılıq hesab edirlər. Bu hal uşaqlara qarşı baş verdikdə, uşaq istismarı kimi qeydə alınır.

Unicef-in Afrika və Yaxın Şərqdə yerləşən 29 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, bu ölkələrdən 24-də FGM-ə qarşı qanunvericilik və ya qərarlar forması olmasına baxmayaraq, təcrübədən hələ də geniş şəkildə istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Qadın olduğu üçün Nobel mükafatı verilmədi: Dünyanı dəyişən fizik

Elm tarixinə səyahət etdikdə, kişilərin hökmranlığını açıq-aşkar görürük. Elmin gedişatını dəyişdirənlər arasında qadın tapmaq çətindir. Bu, təbii ki, təkc...

180 uşağa ata olmaq üçün şəxsi həyatını necə qurban verib?

İngiltərədə sperma donoru 180 uşaq atası etdiyi fədakarlıqlar barədə açıqlamalar verib.   Sfera.az bildirir ki, jurnalistlərdən soyadını açıqlamamağı...

“Threads” Türkiyədə bağlandı

“Threads” tətbiqi Türkiyədə bağlanıb.   Sfera.az xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumunun qərarı ilə olub.   Belə ki, ...

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ...

Leopardla fotoqrafın bu görüntüləri viral oldu - FOTOLAR

Təbiətdəki bir ağacın altında yuxuya getmiş vəhşi təbiət fotoqrafı az sonra yumşaq bir dürtmə ilə yuxudan oyanıb. Gözlərini açanda yanında bir leopard görüb. On...

Fransada bir kitabxanada ölümcül tarixi kitablar aşkarlandı - FOTO

Fransa Milli Kitabxanası  (Bibliotheque Nationale de France) öz rəflərindən üz qabığı çox zəhərli arsenlə işlənmiş dörd kitabı yığışdırıb. Kitablar 19-cu ə...