Premyer Liqada ayın ən yaxşısı seçildi

Premyer Liqada ayın ən yaxşısı seçildi
 

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sfera.az qol.az-a istinadən xəbər verir ki, bu ada "Norviç"in hücumçusu Teemu Pukki layiq görülüb.

O, digər namizədlər - Serxio Aquero, Kevin De Bruyne, Rahim Sterlinq (hamısı "Mançester Siti"), Roberto Firmino ("Liverpul") və Eşli Barnsı ("Bernli") qabaqlayıb.

Finlandiyalı forvardı ötən ay "Nyukasl"la matçda het-trik edib, "Liverpul" (1:4) və "Çelsi" (2:3) ilə qarşılaşmalarda isə 1 dəfə fərqlənib.


OXŞAR XƏBƏRLƏR