Ceyhun Bayramov Mixail Şvıdkoy ilə GÖRÜŞDÜ - FOTO

Ceyhun Bayramov Mixail Şvıdkoy ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov Rusiya tərəfinin Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak və töhfəsinin məmnunluq doğurduğunu bildirib.

 

İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

 

Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov, delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, rəsmi Bakının normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.

 

Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub.  Sfera.az “Blo...

Doğuşdan lider olan BÜRCLƏR

Bəzi insanlar digərlərinə nisbətən dominant xarakterə malik olurlar. Onların həm iş yerində, həm də münasibətlərində bu xüsusiyyəti ön plana keçir. Bu tip insan...

Belarus Prezidenti Füzuli rayonuna SƏFƏR ETDİ - FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.   Sfera.az...

Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü KEÇİRİLDİ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Cenevrədə danışıqlar aparıblar.   Sfera.az xəbər verir ki, bu bar...

TBMM sədri bu gün azərbaycanlı gənclərlə GÖRÜŞƏCƏK

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bu gün ölkənin 81 vilayətindən, Şimali Kiprdən və Azərbaycandan olan gənclərlə görüşəcək.  ...

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idm...