Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film ÇƏKİLƏCƏK

Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film ÇƏKİLƏCƏK

TÜRKSOY-a üzv ölkələrin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı bədii film çəkiləcək. Bu layihə Türk dünyası tarixində bir ilkdir. Bütün Türk dövlətləri bu layihədə iştirak edəcək.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri TÜRKSOY-un Baş katibi Sultan Raev “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin çəkiliş prosesi ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, bu ilin yanvarında filmin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY-a üzv ölkələrin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və ekran əsərinin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.

 

“Filmin çəkilişləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılacaq”, - deyə Baş katib əlavə edib.


OXŞAR XƏBƏRLƏR