Bakıda Hindistan vətəndaşı SAXLANILDI: Oxumağa gələn xariciləri belə ALDATDI - FOTO 

Bakıda Hindistan vətəndaşı SAXLANILDI: Oxumağa gələn xariciləri belə ALDATDI - FOTO 

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən şəxs təhsil almaq məqsədilə Azərbaycana gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir:

 

“Araşdırmalarla məlum olub ki, Hindistan vətəndaşı, 1973-cü il təvəllüdlü Mishra Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib”.

 

Qurumdan qeyd edilib ki, xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam etdirilir.

 

“Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər”, - əlavə edilib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR