Norveçli səyahətçilər Ağdamda OLDULAR

Norveçli səyahətçilər Ağdamda OLDULAR

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Ağdama səfər ediblər.

 

Sfera.az xəbər verir ki, qonaqlar işğal illərində Ermənistanın Ağdamda törətdiyi dağıntılara baxıb, aparılan bərpa və tikinti işləri ilə tanış olublar.

 

Onlar ərazilər işğaldan azad edildikdən sonra bərpa edilmiş Ağdam məscidinə, çörək muzeyinin xarabalıqlarına, Dram Teatrına və Şəhidlər xiyabanına baş çəkiblər.

 

Norveçli səyahətçilərə şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri nümayiş etdirilib.

 

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.


OXŞAR XƏBƏRLƏR

Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü KEÇİRİLDİ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Cenevrədə danışıqlar aparıblar.   Sfera.az xəbər verir ki, bu bar...

TBMM sədri bu gün azərbaycanlı gənclərlə GÖRÜŞƏCƏK

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bu gün ölkənin 81 vilayətindən, Şimali Kiprdən və Azərbaycandan olan gənclərlə görüşəcək.  ...

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idm...

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Mayın 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu ba...

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

“Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Pekində təkbətək söhbət zamanı Ukrayna ətrafındakı vəziyyəti ətraflı müzakirə ediblər”...

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Həsənov Tofiq Azər oğlu avtomobil qəzasında vəfa...