Alternativ məktəbəqədər sinfə mediatur təşkil edildi - FOTOLAR

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edildi - FOTOLAR

Mayın 2-də “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən alternativ məktəbəqədər sinfə mediatur təşkil olunub.

 

Sfera.az xəbər verir ki, mediaturda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Mediatur iştirakçılarına məlumat verilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsildən kənarda qalan uşaqların cəlb edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi həyata keçirilir.

 

Belə ki, 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəbəqədər sinif ölkəmizdə ilk dəfə olaraq həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində yaradılıb.

 

 

Sözügedən sinifdə 20 uşaq məktəbəqədər təhsilə cəlb olunub. Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyevanın bildirib ki, proqram üzrə 16 layihə qalib olub. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib. Bu layihə çərçivəsində cəlb olunan uşaqlar başqa bağçalarda qeydiyyatda deyillər. 216 nömrəli tam orta məktəbin direktoru Səidə Rəhimova da körpələr üçün yaradılan şəraitdən danışıb.

 

O bildirib ki, icma əsaslı qrup üçün sinif otağı xüsusilə ibtidai sinif şagirdlərinin təhsil aldığı yuxarı mərtəbədə seçilib:

 

“Onlar burada günün 3 saatını keçirərək həm öyrənir, həm oyunlar oynayırlar. Tədris mühiti üçün hər bir şərait yaradılıb”.

 

Layihənin rəhbəri Esmira Quliyeva eyni zamanda, Bakı şəhəri, Nərmanov rayonu 200 nömrəli tam orta məktəbin direktorudur. O bildirib ki, bu problemi sentyabr ayından müşahibə edib:

 

“Tədris müddəti başlasa da, bu ərazidə bir məktəbəqədər təhsil müəssisəsi olduğu üçün uşaqların əksəriyyəti bağçaya gedə bilməmişdilər. Bu məsələ üzrə nəsə etmək istədim. Bu səbəbdən də Elm və Təhsil Nazirliyinin Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı üzrə layihəmi təqdim etdim və 16 layihə üzrə qalib olanlardan biri də mən oldum. Bir neçə dəfə qrant müsabiqə qalibi olmuşam. Lakin bu dəfə layihəm qəbul olmasaydı, gələn il yenə müraciət edəcəkdim. Bu bizim belə ilk işimizdir. Ümumi təhsildən məktəbəqədər keçiddə müəyyən problemlərlə rastlaşdırm, məlumatım az olsa da, araşdırdım. Artıq indi həftədə 5 dəfə 3 saat olmaqla uşaqlara məşğələlər keçirilir. Onların rəngləmə kağızlarında çəkdikləri rəsmlərə psixoloqlar tərəfindən də baxılır. Bu layihənin davamlılığını da düşünürük. Daha çox uşağa çatmasını təmin etmək üçün iki növbədə, hətta iki qrup şəklində həyata keçirilməsi mümkün ola bilər”.

 

Həmsöhbət olduğumuz valideynlər də layihədən məmnun olduqlarını bildirdilər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Rusiyanın Xarkovu ələ keçirmək planı yoxdur.   Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib....

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.   Sfera.az xəbər verir...

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.   Sfera.az xəbə...