İmtahanlarla bağlı apellyasiya müraciətlərinin cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

İmtahanlarla bağlı apellyasiya müraciətlərinin cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahandan uzun müddət keçməsinə baxmayaraq, apellyasiya müraciətlərinin cavabları hələ də açıqlanmayıb. Bu səbəbdən abituriyentlərin əksəriyyəti narahatdır.

 

Bəs apellyasiya cavabları nə zaman açıqlanacaq?


 
Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.


 
“3 və 10 martda keçirilən imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub”,- məlumatda bildirilib.

 

Qeyd olunub ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

 

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

 

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

 

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR