Ağcabədidə narkoşəbəkə üzvləri tutuldu - FOTO

Ağcabədidə narkoşəbəkə üzvləri tutuldu - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Ağcəbədi rayonu ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakinləri Sabir Məmmədov və Röyal Qaraşov narkotik vasitə olan heroin satmaq istəyən zaman saxlanılıblar.

"Qafqazinfo” xəbər verir ki, onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə yüksək psixotrop təsirə malik narkotik vasitə 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb. Hər iki şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf edib.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 




OXŞAR XƏBƏRLƏR