"Çin üçün 80 faiz kifayətdir" - ABŞ prezidenti

"Çin üçün 80 faiz kifayətdir" - ABŞ prezidenti

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Çinə tətbiq ediləcək yeni idxal rüsumları ilə bağlı açıqlamalar verib.

 

Sfera.az xəbər verir ki, Tramp Çinə idxal rüsumunun 80 faizə endirilməsini məqbul hesab edib.

 

Bununla belə dövlət başçısı deyib ki, Çinlə bağlı tariflər ABŞ-nin maliyyə naziri Skott Bessentdən asılıdır.

 

Birləşmiş Ştatlar və Çin bir-birlərinə tətbiq etdikləri son yüksək tariflər səbəbindən artan ticarət gərginliyini azaltmaq üçün bu həftə sonu İsveçrədə yüksək səviyyəli danışıqlara başlayacaqlar.

 

Bu, ABŞ prezidenti Donald Trampın aprel ayında Çin mallarına 145 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra iki ölkə arasında ilk rəsmi üz-üzə təmas olacaq.

 

ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə baş nazirin iqtisadi məsələlər üzrə köməkçisi He Lifenq rəhbərlik edəcək.

 

Danışıqların əsas gündəmi hər iki tərəfə tətbiq edilən yüksək gömrük tariflərinin azaldılması və ticarət əlaqələrinin yenidən balanslaşdırılması olacaq.

 

Çin Xarici İşlər Nazirliyi danışıqların ABŞ-ın tələbi ilə baş tutacağını bildirərək, Vaşinqtonun konkret və ədalətli təkliflər verməli olduğunu vurğulayıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...