“Pul təklif etdilər, atası ilə birgə “Ambassador” oteli işlədirlər”

“Pul təklif etdilər, atası ilə birgə “Ambassador” oteli işlədirlər”
Məktəbli qızla intim əlaqədə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, zərərçəkmiş tərəf Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Hakim Babək Pənahov təqsirləndirilən N.Əhmədovun barəsində həbs qətimkan tədbiri seçməkdən imtina edib və onu ev dustaqlığına göndərib.

Zərəçəkmiş 14 yaşlı qızın valideynləri N.Əhmədovun həbs olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bu gün baş tutan prosesdə vəkil çıxış edərək şikayətin məzmununu çatdırıb. Hakim isə işlə tanış olmaq üçün vaxt istəyib, proses sabah davam etdiriləcək.

 

Qızın atası isə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, N.Əhmədov onun qızı ilə bir neçə dəfə cinsi əlaqədə olub: "Hadisə noyabrın 9-dan başlayaraq davam edib, dəfələrlə təkrarlanıb, 4 dəfə olub. Uşağın beyni ağ vərəqdir, şirin dili ilə onu aldadıb. Qızımın psixoloji vəziyyəti pisdir, çalışırıq gündəlik həyatına davam etsin. Hələ ki, məktəbə, dərslərə getmir. Hadisədən əvvəl özüm onu məktəbə aparıb günorta gətirirdim. Daha sonra hazırlıq kurslarına gedirdi, hadisə də axşam kursdan çıxandan sonra olmuşdu. Biz təkrar ekspertiza keçirilməsi üçün müraciət etmişik, sabah ya da birigün qərar çıxacaq. İkinci rəy də saxta olsa, xarici ölkələrdə ekspertiza keçirtdirəcəyik.

Qarşı tərəf işin əvvəlində barışmaq, adlarının hallanmaması üçün pul təklif etmişdi, mən qəti olaraq razılaşmadım. Oğlan evlidir, 1 yaşlı uşağı var. Atası ilə birgə "Ambassador” oteli işlədirlər”.

Qeyd edək ki, şikayətlə bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...