“Bloomberg” gizli planı açıqladı: Rusiya Belarusu özünə birləşdirir

“Bloomberg” gizli planı açıqladı: Rusiya Belarusu özünə birləşdirir
Kreml nüfuzunu qoruyub saxlamaq üçün Belarusu özünə birləşdirmək istəyir. Bunu "Bloomberg” agentliyi yazıb.

Mənbə bildirir ki, belaruslu lider Aleksandr Lukaşenko Rusiya ilə daha sıx ittifaqdan yalnız iqtisadi mənfəət güdür ki, bunlar da ucuz neft və qazdır, lakin heç bir vəchlə suverenliyini itirmək istəmir. Lakin nəşr qeyd edir ki, Belarusla birləşmə Rusiya üçün cəlbedici ideyaya çevrilib.

Birincisi, belaruslarla birləşmə rusiyalılar üçün bir vaxtlar dost olmuş Ukrayna ilə ayrılmanın "kompensasiya”sı ola bilər. Bundan əlavə, 2024-cü ildə Rusiya lideri Ali Dövlət Şurasının rəhbərliyinə gələ bilər. Mənbə xatırladır ki, sözügedən orqan 1997-ci ildə RF ilə Belarus arasında çərçivə müqaviləsinin imzalanmasından sonra yaradılmışdı. Həmin müqaviləyə əsasən, iki dövlətdən ibarət federasiyanın vahid valyutası, bayrağı və emblemi, ümumi bazarı və vahid məhkəmə sistemi olmalıdır.

KİV-ə görə, yaranmış vəziyyətdə Lukaşenko Qərbdən kömək uma bilər, lakin bu da sərfəli variant kimi görünmür, belə ki, ABŞ və Avropa İttifaqı onun mütləq hakimiyyətini laxlada bilərlər.

Daha öncə Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya ilə Belarusun birləşməsi müzakirə predmeti deyil.

OXŞAR XƏBƏRLƏR

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...