Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb. 
 

Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, Prezidentin mesajını Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub. Ərdoğan mesajında Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin bölgə üçün, xüsusilə də Türkiyə və Azərbaycan kimi əzəli qardaş ölkələr üçün faydalı olmasını arzulayıb. O, iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın güclü və qətiyyətli şəkildə davam etdiyini qeyd edib.


Türkiyə lideri bildirib ki, son illərdəki qlobal geosiyasi proseslər bu əməkdaşlığın enerji təhlükəsizliyi baxımından nə qədər vacib olduğunu bir daha göstərib. O, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin bu sahədəki strateji əməkdaşlığın mühüm nəticələri olduğunu vurğulayıb.


Ərdoğan bu uğurların davamı olaraq mart ayında açılan İğdır-Naxçıvan boru kəmərinin önəmini qeyd edib və Türkiyə-Naxçıvan, eləcə də Türkiyə-Gürcüstan arasında əlaqələrin genişləndirilməsinin vacibliyinə diqqət çəkib.


O, Türkiyə-Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalandığını xatırladaraq, bu layihənin bölgənin enerji təhlükəsizliyi üçün növbəti addım olacağını bildirib.

 

Ərdoğan həmçinin Azərbaycanın uzun illərdir həm Türkiyəyə, həm də Avropaya qaz ixrac etdiyini və hazırkı qlobal enerji bazarında mühüm strateji rola malik olduğunu vurğulayıb.

 

Türkiyə prezidenti Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu deyib. Sonda o, Laçında Prezident İlham Əliyevlə keçirdiyi son görüşü xatırladaraq, Azərbaycan Prezidentinə və tədbir iştirakçılarına səmimi salamlarını çatdırıb və Bakı Enerji Həftəsinin uğurla keçməsini arzulayıb.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...