Məktəb formaları ilə bağlı YENİLİK

Məktəb formaları ilə bağlı YENİLİK

Hər il valideynləri narahat edən əsas məsələ məktəbli geyimləridir. Çünki bu geyimlər dəyişilir və yenilənir.

 

Bəs növbəti il məktəb geyimləri ilə bağlı hansı yeniliklər gözlənilir? 

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Mili.az-a ölkəmizdə məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov açıqlama verib.

 

Onun sözlərinə görə, şagirdlər üçün rahat və standartlara uyğun geyimlər hazırlanır:

 

"Formaların parçasından tutmuş, rənginə qədər bir çox yeniliklər tətbiq olunur. Bu Nazirlər Kabinetinin təsdiq olunmuş qərarı ilə məktəb formalarının parçalarına, materialına xüsusi tələb var. O tələbə görə, bütün köynəklər hamısı 100 faiz pambıq olmalıdır. Şalvar və yupkalar isə 60 faiz yun, 40 faiz polester olmalıdır. Yeni çıxan formalar isə tələbata uyğundur. Formaların dizaynı ilə yanaşı məktəblərin emblemləri də nəzərə alınır. Bu da hər bir təhsil müəssəsinə fərqlənmə imkanı verir". 

 

Şöbə müdiri onu da qeyd etdi ki, formaların bölgələrə çatdırılmasında heç bir problem yaşanmayacaq. Əgər hansı İcra Hakimiyyəti və ya yerli hakimiyyət orqanları istəyirlərsə, bölgələrə də həmin formalar verilə bilər. Emblemlə demək olar ki, məktəblər qərar verirlər. Hazırki dəyişikliklər məktəb formalarının keyfiyyətini artırmaqla yanaşı vahid tərzə təqdim olunmasına da xidmət edir. Seçim imkanlarının geniş olması isə məktəblərin və valideynlərin tələblərini qarşılamağa şərait yaradır.


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...