Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası alternativ müalicə üsulu kimi həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıyır.İnanc baxımından hicama ənənəvi olaraq sünnətdə qeyd olunan xüsusi günlərdə tətbiq edildikdə daha təsirli sayılır.

 

Mütəxəssislər bildirirlər ki, hicama üçün ən münasib tarixlər ayın ortasına yaxın günlərdir. 

 

Hicamanın faydaları olduğu kimi zərərləri də varmı?

 

İnsanların bu terapiyanı etməsi üçün xüsusi ay və ya günə ehtiyac duymalıdır?

 

Sfera.az bu barədə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla tibbdə bütün xəstəliklərə çarə olan müalicə üsulunun olmadığını deyib. Həkimin sözlərinə görə, hicama sadəcə qan alma prosedurudur:

 

 

“Keçmişdə bu proses əsasən venadaxili həyata keçirilirdi. Bu səbəbdən də bu üsul günümüzdə də bəzən tətbiq edilir. Lakin başqa alternativlər də mövcuddur. Məsələn, venadan qan götürmək, qan yaradan orqanları stimullaşdırmaq, qanda laxtalanma faktorlarının artdığı və toksik maddələrin çoxaldığı hallarda bu metoddan istifadə edilə bilər”.

 

A.Qeybulla hicamanın alternativlərindən birinin də zəli ilə müalicə olduğunu qeyd edib. 

 

O bildirib ki, zəli bədənə 100-dən çox faydalı ferment ifraz edir:

 

“Bu fermentlər immun sistemini aktivləşdirir, qanı durulaşdırır və immunomodulyator təsir göstərir. Bu üsul alternativ təbabətdə istifadə oluna bilər, lakin onu hər hansı bir xəstəlik üçün əsas müalicə metodu kimi təqdim etmək doğru yanaşma deyil. Təəssüf ki, bəzi hallarda belə cəhdlər müşahidə olunur. Ümumiyyətlə, yüksək təzyiq, xolesterinin çoxluğu və qan laxtalanması problemləri olan şəxslərdə hicamanın müəyyən müsbət təsiri ola bilər. Bununla belə, qanın tərkibinə təsir edən və daha effektiv nəticə verən dərman preparatları da mövcuddur. Ayın müəyyən günlərində hicama etməyin xüsusi tibbi əsasları yoxdur. Bu, yalnız alternativ təbabət inancına əsaslanır və müasir akademik tibbdə belə bir göstəriş mövcud deyil”.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...